Pompeydəki qədim freskada pizzanın əcdadı tapıldı –FOTO

This handout photo taken and released on 25 June by Parco Archeologico di Pompei (Archaeological Park of Pompeii), shows a 2,000-year-old Pompeian painting, a still life, found by the new Regio IX excavations, depicted on the wall of an ancient Pompeian house that could be a distant ancestor of modern pizza. – Archaeologists at Pompeii said on June 27 they had discovered on an ancient fresco the precursor to the modern-day pizza — but without the cheese and tomatoes. The fresco is believed to refer to the “hospitable gifts” offered to guests, following a Greek tradition predating the Romans. (Photo by Handout / Parco Archeologico di Pompei press office / AFP) / RESTRICTED TO EDITORIAL USE – MANDATORY CREDIT “AFP PHOTO / PARCO ARCHEOLOGICO DI POMPEI” – NO MARKETING NO ADVERTISING CAMPAIGNS – DISTRIBUTED AS A SERVICE TO CLIENTS – RESTRICTED TO EDITORIAL USE – MANDATORY CREDIT “AFP PHOTO / PARCO ARCHEOLOGICO DI POMPEI” – NO MARKETING NO ADVERTISING CAMPAIGNS – DISTRIBUTED AS A SERVICE TO CLIENTS /

Roma imperiyasının qədim şəhəri olan Pompeydə bu yaxınlarda aşkar edilmiş freskalardan birində müasir pizzaya bənzər yeməyin təsviri tapılıb.

Azpost bildirir ki, ANSA-nın verdiyi məlumata görə, İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano bu tapıntıya  “Pompey heyrətləndirməkdən və sirləri gizlətməkdən əl çəkmir” şərhini verib.

Freska eramızın 79-cu ildə Vezuvi dağının püskürməsi nəticəsində dağıdılan şəhərin son qazıntıları zamanı aşkar edilib.  Freskada tədqiqatçılar meyvələrin təsvirləri arasında  pizzaya bənzəyən yastı, yuvarlaq, lavaşa bənzər xəmir yeməyi aşkar ediblər. Agentliyin hesabatında qeyd olunur ki, görüntü məşhur italyan yeməyinin  əcdadı ola bilər.

Eramızın 1-ci əsrində indi məlum olan pizzadan heç bir söhbət gedə bilməzdi. Çünki o zaman onun əsas tərkibi olan pomidor və mozzarella pendirindən istifadə olunmurdu.

Freskanın ümumi tərkibi Pompey üçün olduqca xarakterikdir. Natürmortda gümüş boşqabda şərab qədəhi təsvir edilir, qədəhin yanında pizzaya bənzər xəmir yeməyi və digər yeməklər var. Ümumilikdə Pompeydə üç yüz belə freska məlumdur.

Tapıntı sübut edir ki, pizzanın prototipi  artıq qədim Romada mövcud olub. Bir versiyaya görə, resept Çindən qədim Romaya gələ bilərdi.

Müasir pizzanın isə 19-cu əsrdə Neapolda icad edildiyi güman edilir.

Neapol pizzası 2017-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs Siyahısına daxil edilib.

İlk əsl Neapol pizzası məşhur “Marqarita”dır. Rəvayətə görə, pizza birləşmiş İtaliyanın ilk kralı Viktor Emmanuelin (1820-1878)  arvadı, kraliça Marqaretin Neapol səfəri üçün İtaliyanın bayrağınin rənglərini xatırladan (qırmızı, ağ, yaşıl) pomidor, mozzarella və reyhandan hazırlanıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.