Populyar TikTok ulduzu ictimai şəkildə öldürülüb

Malidə gənc TikTok influenseri Mərəm Sisse ictimai şəkildə terrorçular tərəfindən öldürülüb. Azpost xəbər verir ki, Mərəm Sisse ölkədəki hərbi hökuməti dəstəkləyən videolar paylaşır və 100 mindən çox izləyicisi vardı. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, əvvəlcədən təhdidlər alıb və bazarda naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.

Növbəti gün günbatımı zamanı eyni şəxslər onu Tonka şəhərindəki Müstəqillik Meydanına gətirərək, gözlərin önündə qətlə yetiriblər. Mərəm Sissenin yaşı təxminən 20 olub. Hadisəyə görə hələ heç kim məsuliyyəti üzərinə götürməyib, lakin “Cəmaat Nusrat əl-İslam vəl-Muslimin” qruplaşmasının (RNM, Rusiyada qadağan olunub) bununla əlaqəsi olduğu bildirilir. Bu qruplaşma “Əl-Qaidə” ilə bağlıdır və Tonka regionunda terror fəaliyyəti ilə məşğuldur.

Mali 2012-ci ildən bəri terror qruplaşmaları tərəfindən destabilizasiya olunur. 2020 və 2021-ci illərdə hərbi çevrilişlər nəticəsində ölkə hərbi idarəyə keçib, Fransız və BMT qüvvələrinin çıxarılması ilə təhlükəsizlik vəziyyəti pisləşib. Hazırda Malidə yol blokadaları, məktəblərin bağlanması, yanacaq və ərzaq qıtlığı müşahidə olunur.

Afrika İttifaqı vəziyyətlə bağlı dərin narahatlıq bildirib və beynəlxalq birgə əməkdaşlıqla Malidə sabitliyin bərpasına çağırış edib. Eyni zamanda, xarici ölkələr vətəndaşlarını Malini tərk etməyə çağırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.