Premyer Liqada klubların sayı artırılır –2 yeni komanda gəlir

Gələn mövsüm Premyer Liqa iştirakçılarının sayı artırıla bilər.

Azpost.info sportinfo-ya istinadən bildirir ki, bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza verilən informasiyaya görə, elitada yarışacaq klubların sayının 10-dan 12-yə çatdırılması gündəmdədir.

Qurumun prezidenti Rövnəq Abdullayev bu ideyanın təşəbbüskarıdır. O, təşkilatın rəsmiləri ilə söhbətlərində çempionatın coğrafiyasının genişləndirilməsinin vacibliyi üzərində dayanıb.

AFFA-nın başçısı hazırkı yarışın səviyyəsinin onu qane etdiyini, lakin rəqabətin daha da böyüməsinin zəruri olduğunu deyib.

Abdullayev bu qənaətdədir ki, Premyer Liqada region təmsilçilərinin hesabına say artımını təmin eləmək mütləqdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.