Prezident Administrasiyasına dövlət proqramları ilə bağlı səlahiyyət verilib

Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi zamanı təqdim edilmiş hesabatların təhlili aparılacaq və məlumatlar müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələri ilə müzakirələr əsasında dəqiqləşdiriləcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, bu zaman müvafiq dövlət orqanlarından (qurumlarından) tədbirlərin icra vəziyyəti barədə əlavə məlumatlar və təsdiqedici sənədlər istənilə bilər. Dövlət proqramının icrasının bu Qaydaya uyğun monitorinqi həmin dövlət proqramının icrasına dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatına uyğun və səmərəli xərclənməsinin dövlət maliyyə nəzarəti qaydasında yoxlanılmasını, habelə qanunvericiliyin icrasına nəzarət və icra intizamının təmin edilməsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsini, icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının fəaliyyətinin, onların həyata keçirdikləri layihələrin səmərəliliyinin qiymətləndirilməsini istisna etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusa qarşı peyvənd olunanların sayı 390 489 nəfərə çatıb

Sonrakı məqalə

Prezident Administrasiyası və Dövlət Komitəsi müxalifətçi qadın fəalları ilə konfrans keçirib