Prezident Administrasiyasının rəsmisi REAL-ın qərargahına gəlib –İlqar Məmmədovla görüşüb

Respublikaçı Alternativ partiyasının (REAL) ofisində bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri ilə görüş keçirilib.

Azpost.info bildirir ki, bu barədə REAL açıqlama yayıb.

Söhbət zamanı hakimiyyətlə REAL arasında davam etməkdə olan siyasi dialoqun növbəti mərhələlərinin gündəliyi haqqında ilkin fikir mübadiləsi aparılıb. Siyasi Komitənin üzvü Natiq Cəfərli, eləcə də partiya sədri İlqar Məmmədov bu ünsiyyətin və əməkdaşlığın bundan sonra ölkədə demokratik cəmiyyət təməllərinin möhkəmləndirilməsi üçün zəruri olan yeni nəticələr verməsinin vacibliyini qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev 20 Yanvarla bağlı paylaşım etdi –

Sonrakı məqalə

Sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş 20 Yanvar qırğınından 31 il ötür