Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru xanım Samanta Mostinə bu ölkənin milli bayramı münasibətilə məktub ünvanlayıb.

General-Qubernatora və Avstraliya xalqına öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Prezident İlham Əliyev Samanta Mostinə cansağlığı, işlərində uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.