Prezident Bayden Ukraynanın XİN başçısı və müdafiə naziri ilə görüşdü –FOTO

ABŞ prezidenti Co Bayden Polşada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, müdafiə naziri Aleksey Reznikovla görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Baydenin Avropaya səfəri tamamən müharibəyə həsr olunmuşdu. Xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikovla danışıqlar Baydenin səfəri zamanı Ukrayna rəsmiləri ilə ilk üzbəüz görüş idi”, – məlumatda qeyd edilir.

Baydenlə görüşdən əvvəl Kuleba və Reznikov ABŞ müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıblar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.