Prezident Baydenin evindən yeni məxfi sənədlər tapılıb

ABŞ prezidenti Co Baydenin Delaver ştatının Uilminqton şəhərindəki şəxsi evində məxfi qrifli daha bir neçə səhifə sənəd tapılıb.

TASS-ın verdiyi məlumata görə, bunu dövlət başçısının hüquq məsələləri üzrə xüsusi müşaviri Riçard Sauber deyib.

“Məxfi məlumatlara çıxışım olduğundan mən çərşənbə günü prezidentin şəxsi vəkilinin aşkar etdiyi sənədlərin Ədliyyə Departamentinə təqdim edilməsində kömək etmək üçün Vilminqtona getdim. Əlavə edilmiş materiallar arasında məxfi qrifli daha beş səhifə, yəni cəmi altı səhifə tapıldı” – Sauber bildirib.

Əvvəlki məqalə

“Münaqişə Rusiya ilə Qərb arasında “böyük razılaşma” ilə başa çatacaq”

Sonrakı məqalə

FIFA-dan “Qalatasaray” klubuna qadağa