Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Prezident Çində “CCCC” şirkətinin sədri ilə görüşüb

User 31 Avqust 2025 - 14:15 (Last updated: 31 Avqust 2025 - 14:15)
il cin01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində “CCCC” (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşüb.

Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığı bildirildi.

Həmçinin Transxəzər nəqliyyat dəhlizinin inkişafı və Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində bu şirkətin iştirakına dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər – nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə olundu.

Son Haylian Abşeron yarımadasında göllərin təmizlənməsi və bərpası ilə əlaqədar konseptual təkliflər təqdim edəcəklərini bildirdi.

Görüşdə dünyanın mühüm nəqliyyat qovşağına çevrilmiş Azərbaycanın nəqliyyat və tranzit potensialının daha da artırılması üçün həyata keçirilən genişmiqyaslı layihələr barədə fikir mübadiləsi aparıldı.

AzPost.az

Post navigation

Previous: Sentyabrın 1-nə olan hava proqnozu
Next: Trampın oğlu prezidentliyə namizəd olacağını istisna etməyib

Oxşar xəbərlər

ronaldo
  • Sosial

Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını bitirdiyini açıqlayıb

User 05 Noyabr 2026 - 15:21
bolqaristan
  • Sosial

Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib

User 05 Noyabr 2026 - 15:17
pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52

xƏBƏR

tramp qas
  • Baş Yazı

Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL

User 05 Noyabr 2026 - 17:23
ABŞ-da aralıq seçkilərində Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi Donald Tramp administrasiyası üçün yeni siyasi...
Read more about Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL
Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır gemi
  • Baş Yazı

Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır

User 05 Noyabr 2026 - 17:00
Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
Neftin qiyməti 20 faiz ucuzlaşdı – İranla sülh razılaşması gözləntiləri artır neft kemer
  • Baş Yazı

Neftin qiyməti 20 faiz ucuzlaşdı – İranla sülh razılaşması gözləntiləri artır

User 05 Noyabr 2026 - 16:52
Rusiya İrana Ukrayna müharibəsində istifadə etdiyi silahı satır – 90 qurğu sifariş edilib raket rus
  • Dünya

Rusiya İrana Ukrayna müharibəsində istifadə etdiyi silahı satır – 90 qurğu sifariş edilib

User 05 Noyabr 2026 - 16:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.