Prezident Baydenə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb

ABŞ-ın Nümayəndələr Palatasında Prezident Co Baydenə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb.

APA-nın “Independent”ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Corciya ştatının 14-cü konqres bölgəsi üzrə nümayəndəsi Marjorie Taylor Qrin Co Baydenin prezident səlahiyyətlərinin icrasına başlamasının ertəsi günü ona bir neçə maddə üzrə impiçment tələbi irəli sürüb.

Konqres üzvü qeyd edib ki, Co Bayden prezidentlik ofisinə uyğun deyil. O, Co Baydeni vitse-prezident olduğu müddətdə səlahiyyətindən sui-istifadə etməkdə və qohumbazlıqda günahlandırıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənilərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparması cinayətdir”

Sonrakı məqalə

Sənədlərin notarial təsdiqi 1 manat 50 qəpik olacaq-