Sənədlərin notarial təsdiqi 1 manat 50 qəpik olacaq-Rüsum 3 dəfə azaldılır

Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilir.

Bunun üçün “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunur.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmasın.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Baydenə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb

Sonrakı məqalə

“Prezident İlham Əliyev status məsələsini tarixin zibilliyinə yollayıb” –