Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi müqaviləsini təsdiqləyib

Prezident İlham Əliyev iyunun 12-də “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2021-ci il aprelin 6-da imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 60 Günəş Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilib.

Nazirlər Kabinetinə Sərəncamın 1-ci hissəsində göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir