MEDİA-nın icraçı direktoru hökumət rabitəsi ilə təmin olunacaq

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru hökumət rabitəsi ilə təmin olunacaq.

Bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” fərmanda müvafiq dəyişiklik edilib.

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanda da dəyişiklik edilib və “Xərclərin istiqaməti” sütunundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu çıxarılıb, “Xərclərin istiqaməti” sütununa bu Fondun əsasında yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi daxil edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Ağdamın mina xəritələrini Azərbaycana verdi –

Sonrakı məqalə

Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi müqaviləsini təsdiqləyib