Prezident İlham Əliyev və Paşinyan Münhendə Qarabağı müzakirə edəcək –Təhlükəsizlik Konfransında nələr danışılacaq?

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Almaniyada Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Təşkilatın rəsmi saytında Qarabağla bağlı dəyirmi masanın baş tutacağını və bu tədbirdə hər iki ölkə liderinin iştirak edəcəyini yazır.

Dəyirmi masa “Dağlıq Qarabağ münaqşiəsində yeni inkişaf” adı daşıyır və saat 18:30-dan 19:15-ə qədər 45 dəqiqə davam edəcək. Moderator rolunda isə Rusiya-Amerika fondunun icraçı direktoru Selesta Vallander çıxış edəcək. (Modern.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir