Prezident İlham Əliyev ordu rəhbərliyi ilə operativ müşavirə keçirdi

Sentyabrın 13-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı AzərbaycanSilahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

Prezidentin mətbuat xidməti bildirir ki, müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür və  Azərbaycan Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.

Bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi də vurğulanıb.

Əvvəlki məqalə

“Təhlükəli eskalasiyadır”

Sonrakı məqalə

Putin Kraliçanın dəfninə dəvət edilmədi