Putin Kraliçanın dəfninə dəvət edilmədi - Britaniya 3 ölkəni kənarda qoydu

Britaniya hökuməti Rusiya, Belarus və Myanma nümayəndə heyətini kraliça II Elizabetin dəfn mərasiminə dəvət etməyib.

Azpost.info xəbər verir ki, bu barədə “Press Association” məlumat yayıb.

Məlumata görə, sentyabrın 19-da keçirilməsi planlaşdırılan mərasimdə dünyanın müxtəlif ölkələrindən 500-ə yaxın rəsmi şəxs iştirak edəcək.

İranın Londondakı səfirinin Britaniya monarxının dəfn mərasimində təmsil olunacağı dəqiqləşib. Bundan əvvəl ABŞ prezidenti Co Bayden və xanımı Cil, İtaliya prezidenti Sercio Mattarella, almaniyalı həmkarı Frank-Valter Ştaynmayer, İspaniya kralı VI Filip və xanımı Letisiya mərasimdə iştirak edəcəklərini təsdiqləyiblər.

TASS-ın məlumatına görə, Rusiyanın Böyük Britaniyadakı səfirliyi PA agentliyinin yaydığı məlumatı hələlik şərh etməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Britaniya kraliçasının dəfn mərasimində Rusiyanı kimin təmsil edəcəyi hələlik müəyyənləşməyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin monarxın dəfn mərasimində iştirak etməyi planlaşdırmır.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev ordu rəhbərliyi ilə operativ müşavirə keçirdi

Sonrakı məqalə

“İlham Əliyev və Paşinyanla əlaqə saxlayıram…” –