“Təhlükəli eskalasiyadır”- Avropa İttifaqının Ali Nümayəndəsi atəşkəsə çağırdı

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel Azərbaycan və Ermənistan sərhədində atəşkəsə çağırıb.

Azpost.info xəbər verir ki, Borrel “Tviter” hesabında mövcud vəziyyəti “təhlükəli eskalasiya” adlandırıb, həmçinin hər iki ölkənin nümayəndələrini danışıqlar masasına qayıtmağa çağırıb.

“Ötən gecə Ermənistan və Azərbaycan arasında baş vermiş silahlı münaqişə dayandırılmalı olan təhlükəli eskalasiyadır. Biz hərbi əməliyyatların dərhal dayandırılmasını və danışıqlar masasına qayıtmağı tələb edirik. Avropa İttifaqı gərginliyi azaltmaq üçün hər iki tərəflə işləyir. Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar lazımi deeskalasiyanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında Brüsseldə dialoq prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcək”, – Borrel bildirib.

O əlavə edib ki, atəşkəs rejiminə tam riayət edilməlidir.

Azpost.info

Əvvəlki məqalə

Sərhəddə “təhlükəsiz zona”:

Sonrakı məqalə

Prezident İlham Əliyev ordu rəhbərliyi ilə operativ müşavirə keçirdi