Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

User 15 Dekabr 2022 - 14:13 (Last updated: 21 May 2025 - 20:15)
ilham tdt bacs

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Prezident İlham Əliyev Kubanıçbek Ömüralıyevi Türk Dövlətləri Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbrik edib, ona təşkilatın üzv dövlətləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətindəki işində uğurlar arzulayıb və əminliyini bildirib ki, o, Təşkilat çərçivəsində sıx əməkdaşlığın həyata keçirilməsində səylərini əsirgəməyəcək.

Türk Dövlətləri Təşkilatının fəaliyyətinə toxunan Prezident İlham Əliyev Təşkilatın beynəlxalq səviyyədə önəminin artdığını məmnunluqla qeyd edib, bunun üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artmasına xidmət etdiyini bildirib, bu baxımdan ötən ay Təşkilatın Səmərqənddə keçirilən IX Zirvə Görüşünün əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri Təşkilatının Baş katibi kimi azərbaycanlı həmkarları ilə sıx təmasda olacağına əminliyini bildirib.

Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən qonaq TDT-ni yaradan dövlətlər sırasında ilk ölkə olaraq Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib və Təşkilatın fəaliyyətinin güclənməsində ölkəmizin fəal rolunu xüsusi vurğulayıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi və ərazilərimizin işğaldan azad edilməsi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün böyük önəm daşıyır. Kubanıçbek Ömüralıyev üzv dövlətlərin dil və mədəniyyət baxımından ümumi köklərə malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini bildirib.

Söhbət zamanı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: “Rusiyalı milyarder iki “Maybach” alıb, birini ehtiyat hissələri üçün sökəcək…”
Next: Azyaşlı anaların ən çox olduğu rayonlar açıqlanıb –

Oxşar xəbərlər

islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51

xƏBƏR

jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO

User 01 Noyabr 2026 - 11:32
APA TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz...
Read more about Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.