Prezident İlham Əliyev və Mehriban Əliyeva Neftçalaya səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.

Dövlət başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər.

Daha sonra Prezident İlham Əliyev Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.