Prezident İlham Əliyev və Nikol Paşinyan dekabrda Brüsseldə görüşəcək –Avropa İttifaqı Şurasının sədrindən MÜHÜM AÇIQLAMA

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşməyə razılıq veriblər. 
Azpost.info bildirir ki, bu barədə Avropa İtitfaqı Şurasının sədri Şarl Mişel yaydığı press-relizdə bəyan edib.
Məlumatda deyilir ki, noyabrın 19-da Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə telefon danışığı olub. Regionadakı vəziyyət və Şərq Tərəfdaşlığı sammiti müzakirə edilib.
Prezident Şarl Mişel Prezident İlham Əliyevə və Nikol Paşinyana sammit çərçivəsində görüşməyi təklif edib. Liderlər Cənubi Qafqazda regional vəziyyəti müzakirə etmək və gərginliyi dəf etmək imkanlarını müzakirəsi üçün Brüsseldə görüşməyə razılıq veriblər.
“Telefon danışıqlarından sonra dekabr ayında Brüsseldə Şərq Tərəfdaşlığı smmitində İlham Əliyev və Paşinyanın görüşünü keçirmək qərarı qəbul edildi”-deyə Şarl Mişel bildirib.
Bundan başqa İlham Əliyev və Paşinyan Qarabağda insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə əlaqəsinin yaradılması barədə razılığa gəliblər.
Sammit dekabrn 15-də Brüsseldə keçiriləcək.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan və Ermənistan münaqişəsindən ancaq Moskva xeyir görür” –

Sonrakı məqalə

Ağdamın işğaldan azad olunmasının birinci ildönümüdür