Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb –FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iyunun 22-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yola salıb.

 

Həmin gün Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.

Qəbulda konsert proqramı təqdim olunub.

Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.