Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident İlham Əliyev Britaniya Kralını təbrik edib

User 14 İyun 2025 - 18:53 (Last updated: 14 İyun 2025 - 18:53)
ilham aliyev resmi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında xoş ənənələrə əsaslanan əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında dostluq münasibətlərinin, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığın gündən-günə genişlənməsi bizi sevindirir. Mühüm iqtisadi tərəfdaşlarımızdan biri olan ölkənizin şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər.

Enerji sahəsində uzun illərdən bəri davam edən ənənəvi əməkdaşlığımız strateji xarakter daşıyır. Eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələlərinin bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyində aparıcı yer tutmasını məmnunluqla qeyd etmək istərdim.

Əminəm ki, qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Əlahəzrət, bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim rifah və firavanlıq arzulayıram”.

AzPost.az

Post navigation

Previous: “İsrail ərazisinə zərbələr nə qədər lazımdır davam edəcək” –
Next: İsrailin hucumu İranda hakimiyyətin devrilməsinə aparır –

Oxşar xəbərlər

eliller
  • Baş Yazı

Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb?

User 18 Noyabr 2026 - 15:46
Vergi
  • Baş Yazı

Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?

User 18 Noyabr 2026 - 12:15
pensiya esas
  • Baş Yazı

Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

User 18 Noyabr 2026 - 11:12

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.