Prezident İlham Əliyev İsveçrənin Davos şəhərində keçiriləcək İqtisadi Forumda iştirak edəcək.
AzPost bildirir ki, bu barədə Davos Forumunun rəsmi saytında məlumat verilib.
Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısı 19-23 yanvar 2026-cı il tarixlərində hökumət, biznes və vətəndaş cəmiyyətinin aparıcı liderlərini bir araya gətirəcək. “Dialoq Ruhu” mövzusu altında keçirilən Forumda gələcəyi müəyyən edən innovasiyaları irəli aparmaq yolları müzakirə olunacaq.
Müzakirələrədə əsas diqqət geosiyasi risk və iqtisadi qeyri-müəyyənliklər, innovasiyalara veriləcək, generativ süni intellekt kimi transformativ texnologiyaların məsuliyyətli şəkildə tətbiqi də daxil olmaqla, dayanıqlığı, rəqabət qabiliyyətini və inklüziv böyüməni dəstəkləyən praktik, həll yönümlü yollara yönəldiləcək.
Eyni zamanda, liderlər təhlükəsiz enerji, təbiət və su sistemlərini inkişaf etdirərək rifahın planet sərhədləri daxilində necə bərpa edilə biləcəyini araşdıracaqlar.
ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Merts, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Pakistanın Baş naziri Məhammad Şərif, İsrail Prezidenti İsaak Hersoq, Suriya prezidenti Əhməd Əl Şaraa, Ukrayna prezidenti Vladimir Zelenski və digər dövlət rəhbərləri Davos Forumuna qatılacaq.
Forumda həmçinin BMT-nin Baş katibi António Guterreş, NATO -nun baş katibi Rutte, Beynəlxalq Valyuta Fondunun İdarəedici direktoru Kristalina Georgieva,Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus və digər beynəlxalq qurumların başçıları iştirak edəcək.