Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidentini qəbul edib

Orkhan Ali 15 Mart 2024 - 12:43 (Last updated: 21 May 2025 - 20:15)
17104851834115160824_1200x630

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib.

Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransının iclaslarında mütəmadi iştirak etməsindən və bu çərçivədə aparılan müzakirələrdən məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransına səfəri çərçivəsində Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında COP29-la əlaqədar əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi.

Söhbət zamanı COP29-un Azərbaycanda keçiriləcək sessiyası çərçivəsində Münxen Təhlükəsizlik Konfransının iqlim təhlükəsizliyi mövzusuna və sülh gündəliyinə həsr olunmuş ayrıca bir tədbirinin təşkilinə dair müzakirələr aparıldı.

Volfqanq İşinger Münxen Təhlükəsizlik Konfransı Fondunun il ərzində dünyanın müxtəlif bölgələrində də tədbirlər keçirdiyini deyərək, ölkəmizin bu tədbirlərdə təmsil olunması ilə əlaqədar dəvətini çatdırdı.

Söhbət zamanı regional sülh gündəliyi ilə bağlı müzakirələr aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin təşəbbüskarı olduğunu və sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin məhz Azərbaycan tərəfindən təklif olunduğunu vurğuladı.

Görüşdə COP29-un sülh gündəliyinə xidmət edəcəyi qeyd olundu. Dövlətimizin başçısı bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmalar məhz sülh gündəliyi əsnasında meydana çıxan məqamlardır. Azərbaycan da bu xüsusda regionda COP29 kontekstində sülh gündəliyinin irəliyə aparılması üçün səylərini göstərəcək.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Post navigation

Previous: Sabah hava necə olacaq?
Next: Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı saxlanılıb –

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Maaşın artması ilk baxışdan ailənin maddi vəziyyətinin yaxşılaşması deməkdir. Ancaq ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər gündəlik...
Read more about Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?
Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00
Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
Yadplanetlilər həqiqətən varmı? uno yad planet
  • Maraqlı

Yadplanetlilər həqiqətən varmı?

User 25 Oktyabr 2026 - 15:00
Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə mahni oxumaq
  • Maraqlı

Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə

User 25 Oktyabr 2026 - 14:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.