Uzun illər İmişli rayonunda müxtəlif orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi, dərs hissə müdirinin müavini vəzifələrində çalışmışdır. 1999-cu ildə Bakı şəhərinə köçmüşdür. Bakı şəhər orta məktəblərində psixoloq, Təfəkkür Universitetində və Bakı Slavyan Universitetində işləmişdir.
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiridir. “Mədəniyyət TV” kanalında “Və ya” proqramının müəllifi və aparıcısı, Teleraido Akademiyasında “Radio və televiziyanın dili” fənni üzrə müəllim kimi fəalyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 08 oktyabr 2025-ci il tarixli 739 nömrəli Sərəncamı ilə Qəşəm Nəcəfov Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilmişdir.
“Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilmişdir.