“Prezident İlham Əliyev Ukrayna ilə bağlı əvvəldən bu mövqeni tutub” –Putinin mətbuat katibi

“Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya və Azərbaycanın qarşılıqlı faydalı münasibətlərini pozmamalıdır“.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur. Burada fikir ayrılığımız var. Əvvəldən Prezident (Azərbaycan Prezidenti İlham Əliyev) belə bir mövqe tutub. Əvvəldən onunla razılaşmadıq”, – Kreml rəsmisi qeyd edib.

Peskov ümid edir ki, Ukrayna ilə bağlı fikir ayrılıqları Moskva ilə Bakı arasındakı münasibətlərə mane olmayacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.