Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident İlham Əliyev və ATƏT-in Baş katibi Münxendə görüşüb

User 18 Fevral 2024 - 17:44 (Last updated: 21 May 2025 - 20:15)
ilham atet bas katib

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub.

ATƏT-in Baş katibi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı Azərbaycanla ATƏT arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq, bu xüsusda birgə tədbirlərin keçirilməsi məsələlərinə toxunuldu. Həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd etdi, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırdı. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirdi. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırıldı.

Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırdı.

Post navigation

Previous: “Ukraynada vəziyyət 3 ay ərzində həll olunacaq” –
Next: Prezident ATƏT-in Baş katibinə Minsk qrupunun ləğv edilməli olduğunu bildirib

Oxşar xəbərlər

aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.