Prezident İlham Əliyevin İrəvandakı konfransda iştirakı nəzərdə tutulmayıb”

“Cənab Prezidentin Avropa Siyasi Birliyinin konfransında iştirak edəcəyi ilə bağlı məlumatım yoxdur“.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Avropa Siyasi Birliyinin formatı kifayət qədər yeni formatdır. Orada iştirak üçün dəvət dövlət başçılarına yönəlir. Konfransın İrəvanda keçirilməsi gözlənilir. Məndə olan məlumata əsasən, cənab Prezidentin belə bir səfəri nəzərdə tutulmayıb. Lakin, bu baxımdan daha dəqiq məlumatı Prezident Administrasiyası verə bilər”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.