Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Baş prokurorunu qəbul edib

User 09 May 2022 - 17:21 (Last updated: 21 May 2025 - 20:15)
ilham ereb proku

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdi. Səudiyyə Ərəbistanı Krallığına səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər zamanı göstərilən qonaqpərvərliyin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərini bir daha nümayiş etdirdiyini bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığına xüsusi rəğbətlə yanaşılır. Çünki Səudiyyə Ərəbistanı Krallığı dünyanın nadir ölkələrindəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun səbəbi isə torpaqlarımızın işğal altında olması idi. Prezident İlham Əliyev qeyd etdi ki, biz bu mövqeyi çox yüksək qiymətləndiririk. Dövlətimizin başçısı bildirdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması erməni vəhşiliyini, azad edilmiş torpaqlarda hər şeyin, o cümlədən 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdıldığını bütün dünyaya göstərdi.

Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra iqtisadi sahədə, o cümlədən energetika sahəsində əməkdaşlıq imkanlarının daha da artdığını vurğulayan Prezident İlham Əliyev bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının böyük şirkətlərinin Azərbaycana maraq göstərməsinin məmnunluq doğurduğunu bildirdi, bu ölkənin “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını bunun yaxşı nümunəsi kimi qiymətləndirdi.

Beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəklədiyini vurğulayan dövlətimizin başçısı, eyni zamanda, insanlar arasındakı əlaqələrin, qarşılıqlı səfərlərin və turistlərin sayının artmasının əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etməsi üçün yaxşı zəmin yaratdığını bildirdi.

Prezident İlham Əliyev Şeyx Səud bin Abdullah Əl Müacibin səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Şeyx Səud bin Abdullah Əl Müacib İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda çatdırmağı xahiş etdi.

Azərbaycanda gördüyü inkişaf proseslərinin onlarda sevinc hissi doğurduğunu bildirən qonaq dedi: “Ölkənizin əldə etdiyi inkişafla bağlı Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycan haqqında, ölkənizin iqtisadi, ictimai və sosial sahələrdə əldə etdiyi nailiyyətlər barədə çox eşitmişik. Xüsusilə, böyük Qələbəniz, torpaqlarınızı qısa vaxt ərzində azad etdiyinizə görə Sizi təbrik edirik”.

Şeyx Səud bin Abdullah Əl Müacib 10 may – ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində onun xatirəsini dərin ehtiramla yad etdi.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Post navigation

Previous: “Putinin Ukraynada məğlubiyyəti qaçılmazdır” –
Next: İtaliyada ruslara məxsus 2 milyard avroluq əmlak həbs altındadır

Oxşar xəbərlər

haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30
fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09

xƏBƏR

budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayır. Sabah qanun layihəsi...
Read more about Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50
Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı peskov
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41
Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq? Tramp
  • Dünya

Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq?

User 03 Noyabr 2026 - 14:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.