Prezident İordaniya Kralını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Dövlət başçısı Krala və bütün İordaniya xalqına öz adından və Azərbaycan xalqı adından ən xoş arzularını və təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Kralı II Abdullah ibn Al Hüseynə möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, dost İordaniya xalqına daim firavanlıq diləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir