Prezident Pezeşkian ilk dəfə üzə çıxdı –-Televiziya ilə xalqa müraciət etdi /VİDEO

İran prezidenti Pezeşkian dini lider Xameneyinin ölümündən və ABŞ və İsrailin İrana huumundan sonra ilk dəfə efirə çıxıb.

Azpost.info bildirir ki, Pezeşkian İRİB dövlət telekanalı ilə xalqa müraciət edib. O, baş verənləri İranın ən ağır günləri adlandırıb.

O, çıxışına Ali Liderin vəfatı ilə bağlı başsağlığı veib müvəqqəti Liderlik Şurasının artıq işə başladığını bildirib.

Pezeşkian bildirib ki, “Məscidlərə və küçələrə çıxan xalq düşmənlərin məkrli planlarını puça çıxaracaq”.

O, İran silahlı qüvvələrinin “düşmən bazalarına güclə zərbə endirdiyini və vurmağa davam edəcəyini” vurğulayıb.

Pezeşkian qeyd edib ki, silahlı qüvvələrin hərəkətləri ölkəni müdafiə etməyə və təhdidləri dəf etməyə yönəlib və dövlətin xarici təzyiqə cavab vermək əzmini vurğulayıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.