Reyqanın sabiq müşaviri vətəndaşlıq almaq üçün Putinə müraciət edib –

"ABŞ məni satqın adlandıracaq" (FOTO)
16 May 2021 - 20:07

ABŞ prezidenti Ronald Reyqanın sabiq müşaviri, Dövlət Departamentinin keçmiş əməkdaşı Susanna Massi Putinə müraciət edərək onu Rusiya vətəndaşlığına qəbul etməyi xahiş edib.

Azpost.info bildirir ki, Massi Moskvada 9 may  paradında iştirak edib.

Prezident Putin mənə rus vətəndaşlığı versə bu mənim üçün şərəf olar”-deyə Massi NTV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, uzun illər iki ölkənin yaxınlaşaması üçün iş aparıb. Öz işini davam etdirmək üçün Rusiyada qalmaq istəyir. “Mən bilirəm ki, ABŞ məni satqın adlandıracaqlar. Mən Amerikanın əleyhinə olan insanam”-deyə Massi vurğulayıb.