“Prezident səlahiyyətlərini bölüşməyə hazıram” –Lukaşenko yeni Konstitusiya hazırlandığını bəyan etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko konstitusiyanın üçüncü variantının hazırlanmasının üzərində iş getdiyini açıqlayıb.

 “RİA Novosti”nin verdiyi xəbərə görə, o, bu barədə Minsk Təkərli Dartıcı Zavodunun (MZKT) işçiləri ilə görüşü zamanı deyib.  Lukaşenko ona konstitusiyanın iki variantının təqdim edildiyini, lakin hazırkı konstitusiyadan çox az fərqləndiyi üçün hər ikisini rədd etdiyini bildirib. “Gəlin, oturun, konstitusiya üzərində çalışaq”, – deyə Belarus Prezidenti əlavə edib.

Onun sözlərinə görə, yeni konstitusiyaya hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə bağlı maddə əlavə edilə bilər. Lukaşenko səlahiyyətlərinin bölüşdürülməsinə hazır olduğunu vurğulayıb:“Lakin təzyiq və ya küçə yolu ilə yox”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Təhsilin adi qaydada davam etməsi müəyyən risklər yarada bilər” –

Sonrakı məqalə

“Gəncəyə hərbi zərbə təhdidi Ermənistanın terrorçu mahiyyətinin ifşasıdır” –