Prezident seçkilərinə görə DSK-ların iştirakı ilə geniş müşavirə keçiriləcək

“2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar president seçkiləri ilə bağlı maarifləndirmə tədbirləri təşkil ediləcək”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, əsasən dairə seçki komissiyalarının iştirakı ilə geniş müşavirə keçiriləcək:

“Bu bizim hər zaman proqramımızın ilkin mərhələsi hesab olunur. Hüquq-mühafizə orqanları ilə birlikdə seminarları həyata keçirəcəyik. Səhhətinə görə seçicilər seçki məntəqəsinə gələ bilmədikdə onlarında səsverməsinin təmin edilməsi bizim əsas vəzifələrimizdən biridir. Bu da təmin ediləcək. DSK-larda səsvermədən sonra və səsvermə zamanı səslərin sayının MSK-ya ötürməli olanlarla treninqlər həyata keçiririk”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.