Prezident Sevil Əliyevanı ordenlə təltif etdi –SƏRƏNCAM

Prezident İlham Əliyev  Sevil Əliyevanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib.

Ümummilli Lider Heydər Əliyevin qızı S.Əliyevanın sabah 70 illik yubileyidir. O,  SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyasının fəxri prezidenti, “Space” Televiziyasının qurucusudur.

Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub.

Ailəlidir, bir qızı, iki oğlu var.

Heydər Əliyev və Zərifə Əliyevanın qızı, Əziz Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısıdır.

S.Əliyeva Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1977–1980-ci illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub.

1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 1981–1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.

1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir.

Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S. Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.