Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Prezident Şuşadakı “Turşsu” bulağında olub

User 22 Dekabr 2023 - 16:22 (Last updated: 21 May 2025 - 20:15)
658564020c7e8658564020c7e91703240705658564020c7e5658564020c7e6 (1)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Turşsu” bulağında olub.

Dövlət başçısı bulaq ərazisinə baxış keçirib.

Məlumat verilib ki, meşənin daxilində mineral su mənbəyi olan “Turşsu” bulağı Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarıslı çayının sahilində 1700 metr hündürlükdə çıxır. Bu ərazi uzun illər şuşalıların və şəhərin qonaqlarının istirahət etdikləri sevimli məkanlardan biri olub. Yay aylarında ətraf rayonlardan buraya insanlar gələr, yaxınlıqdakı yamaclarda çadırlar qurar, dincələr, bulağın suyundan istifadə etməklə sağlamlıqlarını möhkəmləndirərdilər.

Qeyd olunub ki, Şuşa rayonunun ərazisində bir neçə belə su mənbəyi var. Turşsu qəsəbəsinin yaxınlığındakı bu bulağın suyu fasilələrlə – təxminən bir saatdan da artıq müddətdən bir axır. Bulağın suyu faydalı mikroelementlərlə, əsasən karbon, hidrogen-karbonad, maqnezium, natrium, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Bu su ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi xüsusiyyətlərə malikdir. Bu su, həmçinin orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqan xəstəliklərinə qarşı profilaktik təsir göstərir.

Rayon ərazisində suyu minerallarla zəngin olan digər bulaqlar da var. Bu bulaqlardan karbon turşulu–hidrokarbonatlı–natriumlu “narzan” tipli mineral sular axır. Bu müalicəvi sulardan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulunda istifadə olunub.

Post navigation

Previous: Putin MDB ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb
Next: “NATO Ukraynaya qoşun gğndərməyə hazırlaşır”

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final...
Read more about İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib
Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press tramp iran
  • Dünya

Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press

User 30 Oktyabr 2026 - 19:12
“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır? hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.