Putin MDB ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşü zamanı onlara MDB-də bioloji təhlükəsizlik məsələsinin müzakirəsini təklif edib.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin qeyd edib ki, pandemiya zamanı cəmiyyətlərin üzləşdiyi çətinlikləri nəzərə alsaq, vəziyyət çətin olaraq qalır.

“Bu gün biz MDB məkanında kollektiv təhlükəsizliyin, kollektiv bioloji təhlükəsizliyin təmin edilməsindən danışacağıq. Bioloji təhlükəsizlik bizim hamımıza, ən yaxın qonşularımıza aiddir. 25-26-da bizim MDB ölkələrinin rəhbərləri ilə görüşlərimiz olacaq. Bu, əlbəttə ki, hamını maraqlandıran məsələlərdən biridir”, – Rusiya  prezidenti bildirib.

Azpost.info

Əvvəlki məqalə

Putinlə Mahmud Abbas arasında telefon danışığı olub

Sonrakı məqalə

Prezident Şuşadakı “Turşsu” bulağında olub