Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident və birinci xanım Bakıda bərpa edilmiş Uşaq-Gənclər Mərkəzinə baxıb –

User 05 Yanvar 2023 - 14:12 (Last updated: 21 May 2025 - 20:15)
ilham usaq saray

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar.

Elm və təhsil naziri Emin Əmrullayev Mərkəzdə yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, 1937-ci ildə Bakıda S. Vəlixanlı küçəsi 3 ünvanında yerləşən binada Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bunda məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub.

İlk vaxtlar sarayda texniki yaradıcılıq, bədii tərbiyə, təsviri sənət, fiziki tərbiyə üzrə dərnəklər fəaliyyət göstərib. 1946-cı ildə sarayda xoreoqrafiya, xalq çalğı alətləri, qarmon ifaçıları və xor kollektivlərindən ibarət mahnı və rəqs ansamblı yaradılıb. Bəstəkar Qəmbər Hüseynli ansambl üçün “Cücələrim” mahnısını yazıb. Məhz bu səbəbdən 1959-cu ildə kollektiv “Cücələrim” adlandırılıb.

Təqribən 15 il sonra – 1961-ci ilin aprelində dünyanın ilk kosmonavtının şərəfinə saraya Yuri Qaqarinin adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 1991-ci il 427 saylı qərarına əsasən Y. Qaqarin adına pioner və məktəblilər sarayının adı dəyişdirilib, Tofiq İsmayılov adına Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 noyabr tarixli qərarına uyğun olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək onların bazasında Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bu il isə ona publik hüquqi şəxs statusu verilib.

Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.

Qeyd edək ki, bu Mərkəzin binasının əsaslı təmiri və bərpası Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc nəslin müasir dövrün inkişaf trendlərinə uyğun formalaşmasına göstərdikləri diqqət və qayğının daha bir nümunəsidir.

Post navigation

Previous: “Putinin hədəflərini dəyişdiyinə dair heç bir əlamət görmürük”
Next: Putinin Makronla danışmaq niyyətində deyil, Fransa nə deyir?

Oxşar xəbərlər

ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

User 23 Oktyabr 2026 - 12:58
BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59

xƏBƏR

piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
PayPal və Palantir şirkətlərinin həmtəsisçisi, milyarder investor və Respublikaçılar Partiyasının tərəfdarı Piter Til ABŞ Prezidenti Donald Trampın...
Read more about “İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə virus huceyre
  • Maraqlı

Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə

User 23 Oktyabr 2026 - 13:28
Sumqayıtda ağacəkmə aksiyası keçirilib aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.