Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib

Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım birinci xanım Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Dövlət başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoydular.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.