Prezident yol tikintisinə 3,9 milyon manat ayırdı

Prezident İlham Əliyev Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“1. Otuz səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 10 kilometr olan Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon (üç milyon doqquz yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.