Prezident Zelenski xanımına yeni vəzifə verdi

Ukrayna Prezidenti Vladimir Zelenski həyat yoldaşına vəzifə verib. 

Prezident Yelena Zelenskayanı “Bədii arsenal” Milli Mədəniyyət Mərkəzi və Muzey Kompleksinin inkişafı məsələləri üzrə şuranın tərkibinə təyin edib.

Məlumata görə, daha əvvəl şuranın həmsədri sabiq prezident Petro Poroşenkonun xanımı Marina Poroşenko, müşaviri administrasiyanın keçmiş rəhbəri Boris Lojkin olub. Zelenskinin daha bir sərəncamı ilə bundan sonra həmsədr vəzifəsini Mədəniyyət, gənclər və idman naziri Vladimir Boroyanski, katib vəzifəsini “Bəddi arsenal”ın baş direktoru Alesya Ostrovskaya-Lyutaya yerinə yetirəcək.

Yelena Zelenskaya isə şuranın 14 üzvündən biri olacaq. (modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Sonrakı məqalə

Ermənistan iriçaplı pulemyotlar və snayper tüfəngləri ilə atəşkəsi pozub