Oqtay Gülalıyevin hərarəti yüksəlib

İstanbulda “Amerika hospitalı”nda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin yanvarın 13-də qızdırması yüksəlib. Bunu fəalın xanımı Füruzə Gülalıyeva bildirib. 

“Uzun müddətdir Oqtayın qızdırması olmurdu. Yanvarın 10-da əməliyyatdan sonra hər hansı fəsad olmamışdı. Ancaq bu gün səhər vəziyyət dəyişdi”, –  F.Gülalıyeva qeyd edib.

Həkimlər bunu Oqtayın əməliyyat olunması ilə əlaqələndirirlər.

Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub.  Bir neçə saatdan sonra o, komaya düşüb. Oktyabrın 30-da Bakıda ““Citу Hospital”-da əməliyyat olunub.

Noyabrın əvvəlində O.Gülalıyev Heydər Əliyev Fondunun dəstəyilə müalicə üçün Türkiyəyə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Hakimiyyət vahid polis strukturu yaratmaq niyyətindədir” –

Sonrakı məqalə

Prezident Zelenski xanımına yeni vəzifə verdi