“Prezident İlham Əliyevlə əlaqə saxlayırıq” –ZELENSKİ DÖVLƏT BAŞÇISINA TƏŞƏKKÜR ETDİ

“Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayırıq, o, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin tərəfdarıdır. Buna və Ukraynaya göstərdiyi yardıma görə dövlət başçısına minnətdarıq”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Rusiyanın ölkəyə hərbi müdaxiləsinin bir ilinin tamam olmasına həsr olunmuş “Fevral. Yenilməzlik ili” adlı mətbuat konfransı zamanı “Report”un sualını cavablandırarkən deyib.

“Report”un əməkdaşının onunla Ukrayna dilində ünsiyyət qurmasına diqqət çəkən Zelenski “Əgər bu gün azərbaycanlı jurnalist mənə Ukrayna dilində sual verməyə cəhd edirsə, bu, artıq Azərbaycanın kimi dəstəklədiyini göstərir”, – deyə cavab verib.

Əvvəlki məqalə

Kreml Putin-Ərdoğan telefon danışığının detallarını açıqlayıb

Sonrakı məqalə

Azərbaycanlı diplomat səfirliyin 347 min manatını qumara qoyub