Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Dövlətimizin başçısı Kasım-Jomart Tokayevə ad günü münasibətilə təbriklərini çatdıraraq, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxıstanın dayanıqlı inkişafını və beynəlxalq səviyyədə nüfuzunun artdığını vurğulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluğa və qardaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.