Prezidentin sabiq müşaviri Hidyət Orucov vəfat edib

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov İstanbulda vəfat edib.

Bu barədə mərhumun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət və ədəbi yaradıcılıq sahələrində çalışıb. O, müxtəlif dövrlərdə yüksək dövlət vəzifələrində fəaliyyət göstərib, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb.

Azərbaycan dövlət xadimi, diplomat və şair-dramaturq Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Ermənistan SSR-nin Meğri rayonunun Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Bir müddət kənddə müəllim, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunub. Fasiləsiz olaraq on altı il bu teatra başçılıq edib.

Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib.

Prezidentin millətlərarası münasibətlər üzrə müşaviri (1992–1993), milli siyasət məsələləri üzrə dövlət müşaviri (1993–2005), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006–2012) vəzifəsində çalışıb.

Daha sonra o, Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021) olub.

 

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.