Prezidentin sabiq mətbuat katibi, jurnalist Rasim Ağayev vəfat edib

Prezidentin sabiq mətbuat katibi, jurnalist, siyasi icmalçı Rasim Ağayev vəfat edib.

AzPost bildirir ki, o, sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.

R. Ağayev uzun illər Azərbaycan Dövlət Radiosunun əməkdaşı, sonra rus dilində yayım redaksiyasının rəhbəri, “Novosti” mətbuat agentliyinin “Trud” qəzetinin xüsusi müxbiri olub, Liviya və Suriyada sovet jurnalisti kimi fəaliyyət göstərib.

1989-cu ildən R.Ağayev Azərbaycanın partiya və dövlət sistemində rəhbər vəzifələrdə çalışıb. O, Azərbaycan KP MK birinci katibinin köməkçisi, sonra isə MK-nın ideologiya şöbəsinin müdiri olub. 1992-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində işləyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.