“Prezidentin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib –FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”ni təsdiq edib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əməkdar jurnalist Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun sədri təyin edilib –

Sonrakı məqalə

Prezidentin xüsusi nümayəndəliklərinin hüquq və vəzifələri məlum olub