Bolqarıstan Prezidenti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Bu barədə Bolqarıstan Prezidenti “Twitter” hesabında bildirib.

“Bolqarıstan ötən gün Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş ölümcül hücumu pisləyir və istənilən belə hücumu qəbuledilməz və narahatedici hesab edir. Biz Azərbaycan Prezidentinin hərtərəfli araşdırma ilə bağlı çağırışını dəstəkləyirik və həlak olan şəxsin ailəsinə başsağlığı veririk”, Bolqarıstan Prezidenti bildirib.

Əvvəlki məqalə

“Üçüncü Dünya müharibəsi bütün dünyanı toza çevirəcək”

Sonrakı məqalə

“Prezidentliyə namizəd ola bilməyim üçün hüquqi əngəl yoxdur”