“Priqojin ölümündən əvvəl “QRU”-ya mane olmağa çalışmışdı”- “Financial Times”

“Vaqner”in rəhbəri Yevgeni Priqojin Rusiyada təyyarəsi qəzaya uğramazdan əvvəl Afrikaya səfər edib və burada “QRU”-nun əməliyyatlarına nəzarəti ələ keçirməsinə mane olmağa çalışıb.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times”a məlumatlı mənbələrə istinadən yazıb.

“Priqojin sakitcə kənara çəkilməkdən imtina etdi və biznes əlaqələrini davam etdirməyə hazırlaşdı”, – vəziyyətlə tanış olan üç nəfər “Wall Street Journal”a təsdiqləyib.

Avqustun ortalarında “Vaqner” rəhbəri muzdlularının mövqelərinin ən güclü olduğu Mərkəzi Afrika Respublikasına yollanıb. Orada o, prezident Tuadera ilə görüşüb.

WSJ-nin həmsöhbətlərinin sözlərinə görə, bir ay əvvəl Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində Priqojin Tuaderanı görməyə macal tapmayıb. İddialaar görə, Rusiya prezidenti Vladimir Putin Afrika liderinə Priqojindən uzaq durmağı tövsiyə edib.

Mərkəzi Afrika Respublikasının keçmiş yüksək vəzifəli siyasətçisi “Financial Times”a bildirib ki, Tuadera “Vaqner”in təsirini azaltmağı düşünürdü. Lakin Priqojinin muzdlularından nə qədər asılı olduğunu başa düşdükdən sonra bu fikri rədd etmişdi. Priqojin həmçinin prezident Tuaderanı inandırıb ki, uğursuz iyun qiyamı onun ölkə kənd təsərrüfatına insanları və investisiyaları cəlb etməyinə mane olmayacaq.

Tuadera ilə danışıqlarından sonra Priqojin vertolyotla bu ölkənin paytaxtına gələn Sudan yarımhərbi dəstəsinin beş komandiri ilə görüşüb. Onlar yer-hava raketləri müqabilində “Vaqner”in rəhbərinə qızıl külçələr gətiririblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.