“Problemli kreditlәr sabitlik üçün təhlükə olaraq qalır” –İqtisadçı

Kredit
Kredit

“Problemli kreditlәr maliyyә sisteminin sabitliyi üçün təhlükə olaraq qalmaqdadır”.
Azpost.info
bildirir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bank 2020-ci il və ortamüddәtli dövr üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә Bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bəyanatdan çıxarılan nəticələri aşağıdakı kimi qeyd emək olar:

– Tәdiyә balansının müsbət saldosunu xarici ticarәt balansı, daha konkret desək neft təmin edir.
– Kapital vә maliyyә hesabının kәsiri əhəmiyyətli azalıb və bunun basilica səbəbi ticarәt kreditlәri vә avans ödәnişlәrinin azalmasıdır.
– Mərkəzi Bank ilk dəfə olaraq ölkәnin beynәlxalq investisiya mövqeyi ilə bağlı məlumatı açıqlayıb və mlum olub ki, aktivlәr (111 mlrd. dollar) öhdәliklәri (54 mlrd. dollar) 2 dәfәdәn çox üstәlәyir.
– İqtisadi artımın əsas lokomotivi istehlakın artımı olub və bunu pul gәlirlәri vә kredit qoyuluşlarının artımı dəstəkləyib.
– Manatın məzənnəsinin sabitliyi inflyasiyanın əsas sabitlləşdirici elementi olub”.
– Valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın bahalaşması təzyiqi olub.
– Problemli kreditlәr maliyyә sisteminin sabitliyi üçün təhlükə olaraq qalmaqdadır
– Kredit portfelindә istehlak kreditlәrin payı 50.4%-ә çatıb”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir